Aleksandr Plyuşenkonun Azərbaycan millisində debüt edəcəyi tarix açıqlanıb

03.07.2026

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

İkiqat Olimpiya çempionu Yevgeni Plyuşenkonun oğlu Aleksandr Plyuşenko Azərbaycan milli komandasında Beynəlxalq Konkisürmə İttifaqının (ISU) Qran Prisinin yeniyetmələr mərhələsində debüt edəcək.

İdman.Biz-in RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə Yevgeni Plyuşenko özü məlumat verib.

“Aleksandr iki Beynəlxalq Qran Pri tədbirinə qatılacaq - Ankara və Batumidə. Hazırda onlara hazırlaşırıq”, - Plyuşenko deyib.

Bir müddət əvvəl “Plyuşenkonun mələkləri” akademiyasının həmsahibi Yana Rudkovskaya Aleksandrın beynəlxalq turnirlərdə Azərbaycan adından yarışmaq üçün ISU-dan icazə aldığını təsdiqləyib.

Türkiyədə Qran Pri 17-19 sentyabr, Gürcüstanda isə 24-26 sentyabr tarixlərində keçiriləcək.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью