Aleksandr Sayer: COP29dakı işimizi bitirdikdən sonra qiymətləndirmə aparacağıq AZƏRTAC

21.11.2024

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 21 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) yüksəkkeyfiyyətli media qurğuları və xidmətləri ilə təchiz olunmuşuq. Yazılı mətbuat üçün təxminən 300 nəfərlik sahəmiz var. Beynəlxalq media üçün 60-a yaxın otaqlar ayrılıb. Eyni zamanda, beynəlxalq media üçün COP29-da materialların və kadrların hazırlanması üçün böyük sahəmiz var.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində BMT-nin Kommunikasiyalar departamentinin rəhbəri Aleksandr Sayer deyib.

O bildirib ki, COP29 yüksək səviyyədə təşkil edilib: “Təkcə media mərkəzi deyil, bütün məkanda hər şey yaxşı hazırlanıb. Biz həm öz zonamızı, həm də media mərkəzini qiymətləndiririk. COP29-dakı işimizi bitirdikdən sonra da qiymətləndirmə aparacağıq. Amma indidən deyə bilərəm ki, media mərkəzinin imkanları və Azərbaycanın göstərdiyi xidmətlər yüksək səviyyədədir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью