Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Aleksandr Səmədov klubdan ayrılır
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Rusiyanın “Fakel” klubu Aleksandr Səmədovla yolları ayırır.
QOL.az xəbər verir ki, Voronej təmsilçisinin baş seleksiyaçısı Aleksandr Səmədov vəzifəsindən ayrılacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 15-də Səmədovun müqavilə müddəti başa çatacaq və tərəflər arasında yeni sözləşmə imzalanmayacaq. Klub yaydığı açıqlamada 40 yaşlı mütəxəssisə xidmətlərinə görə təşəkkür edib.
Qeyd edək ki, “Fakel” 2025/2026 mövsümündə Rusiya I Liqasında 2-ci yeri tutaraq birbaşa Premyer Liqaya vəsiqə qazanıb.