Aleksandr Tarakanov: İslamiadada bizi ciddi rəqabət gözləyir

14.11.2025

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan güləşçilərinin VI İslam Həmrəyliyi Oyunlarında əsas rəqibi İran olacaq.

Apasport.az xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə yığmanın baş məşqçisi Aleksandr Tarakanov Güləş Federasiyasına açqlamasında bildirib.

O, ilin sonuna yaxın yorğunluq olduğunu vurğulayıb:

"Dünya çempionatından sonra komandaya istirahət verildi. Bu müddət ərzində zədəsi olanlar bərpa prosesi keçdilər. Daha sonra ümumi fiziki hazırlıq prosesi baş tutdu. Noyabrın 1-də isə iki həftəlik taktiki-texniki çalışmalara başladıq. Milli üzvləri ilboyu təlim-məşq proseslərində iştirak etdikləri üçün hazırlıq səviyyəsi ilə bağlı problem yoxdur. Düzdür, ilin sonu olduğu üçün yorğunluq var. Ona görə də artıq yüngül və qısamüddətli məşqlərə keçmişik ki, yüklənmə olmasın. Bu yarışda əsas rəqibimiz İran olacaq. Onlar əsas heyətlə iştirak edəcəklər. Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Türkiyə güləşçilərini də bu siyahıya əlavə etmək olar. Fikrimcə, İslamiadada bizi ciddi rəqabət gözləyir. Sözsüz ki, bütün rəqibləri keçirdikləri görüşlərin görüntülərinə baxaraq təhlil edirik. Səhvlərin üzərində işləyirik. Əlbəttə, rəqiblər də bizi təhlil edir və bizə qarşı xüsusi köklənirlər. Ona görə də maksimum hazırlıqlı olmalıyıq".

Qeyd edək ki, İslamiadada güləş yarışları noyabrın 18-dən 21-nə qədər keçiriləcək.

Dünya çempionatında tarixi uğur Güləşçilərimiz yeniyetmə və gənclərə master-klass keçiblər Güləşçimiz dünya üçüncüsü olub Güləşçimiz dünya çempionu olub Sərbəst güləşçilərimiz dünya çempionatının finalına yüksəlib
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью