Aleksandr Turçinə Ağdamda yaradılacaq aqrar şəhərcik barədə məlumat verilib

06.05.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Füzuli və Ağdam rayonlarına səfəri çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədov və Belarusun Baş naziri Aleksandr Turçini Ağdamın Qızıl Kəngərli kəndində olublar.

"APA-Economics" xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov hökumət başçılarına bu kənddə yaradılacaq aqrar şəhərcik haqqında məlumat veriblər.

Qeyd edək ki, aqrar şəhərcik belaruslu mütəxəssislərin iştirakı ilə yaradılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью