Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Serbiya Prezidenti Aleksandr Vuçiç sentyabrın 25-i və ya 26-da dövlət başçısı postundan istefa verəcəyini bəyan edib.
Moderator.az xəbər verir ki, bu addım ölkədə gözlənilən növbədənkənar parlament seçkiləri ilə birbaşa bağlıdır.
Belə ki, bu yaxınlarda Serbiya Hökumətinin hakim partiyası Vuçiçin namizədliyini ölkənin Baş naziri postuna irəli sürüb. Serbiyada parlament seçkilərinin bu il oktyabrın 25-də keçirilməsi planlaşdırılır.
Qanunvericiliyə və siyasi strategiyaya əsasən, Vuçiç seçki kampaniyasına və hökumət başçısı kürsüsü uğrunda mübarizəyə rəhbərlik etmək üçün Prezident səlahiyyətlərini vaxtından əvvəl təhvil vermək qərarına gəlib.