Aleksandr Vuçiç “Şimal axını” tezliklə Rusiyadan Avropaya axacaq KONKRET

27.12.2024

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Serbiya prezidenti Aleksandr Vuçiç “Şimal axını”nın tezliklə Avropaya axacağını bildirib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, Serbiya lideri bunu Almaniyanın “Handelsblat”t qəzetinə müsahibəsində bildirib: “Mənim   proqnozum belədir ki, bir ildən gec olmayaraq “Şimal axını” amerikalı investora məxsus olacaq və qaz Rusiyadan Avropaya  axacaq”, -deyə Serbiya prezidenti bildirib. Vuçiç əlavə edib ki, “Şimal axını”nın işə salınmasına cəmi bir il qalıb. Bundan əvvəl  Sergey Narışkin bildirmişdi ki, Rusiya xüsusi xidmət orqanlarında “Şimal axını”na terror aktında ABŞ və Böyük Britaniyanın iştirakı ilə bağlı məlumatlar var . Bu arada Vaşinqton və Londonun nəzarətində olan strukturlar və media israr edir ki, boru kəmərlərini guya ukraynalılar özləri partladıblar.

Vəli Həsənoğlu,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью