Aleksandr Zinçenko bu yay Almaniyaya yollanacaq

13.04.2025

Icma.az bildirir, sport24.az portalına istinadən.

Dortmund "Borussiya"sı London "Arsenal"ının ukraynalı müdafiəçisi Aleksandr Zinçenkoya marağını itirməyib. Sport24.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat paylaşıb.  

Almaniya klubu 28 yaşlı ukraynalını bu yay transfer etməyi düşünür.

Qeyd edək ki,  Zinçenko cari mövsümdə "topçular"ın heyətində 18 oyun keçirib və 1 qol vurub. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью