Aleksanyan: Sərhəd kəndlərində boşaldılan 2268 ev yenidən tikilir

26.01.2026

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


“Keçmiş hakimiyyətlərin dövründə Azərbaycanla sərhəd kəndlərində 2268 ev boşaldılıb”.

Bakupost.az xəbər verir ki, bu barədə Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Vaaqn Aleksanyan bildirib.

“Başqaları nağıllar danışarkən, Ermənistan hökumətinin maliyyəsi ilə sərhəd kəndlərində 2268 ev tikilir. Söhbət hökumətin 16 milyonluq maliyyələşdirmə proqramından gedir. Bunlar əvvəlki hakimiyyətlər dövründə boşaldılan sərhəd kəndləridir. Ermənistan bu kəndlərdən başlayır”, - deputat qeyd edib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью