Aleksey Antonyuk Sabahda

05.12.2024

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyalı mütəxəssis Aleksey Antonyuk karyerasını ölkəmizdə davam etdirəcək.

"Football-plus.az" xəbər verir ki, 40 yaşlı mütəxəssis "Sabah" klubunun baş məşqçisi Vasili Berezutskinin köməkçisi təyin edilib.
O, buna qədər Rusiyanın 1-ci liqa təmsilçisi "Rodina" komandasında çalışıb. Rus klubu açıqlama yayaraq Aleksey Antonyukun "Rodina"nı tərk etdiyini və karyerasını "Sabah"da davam etdirəcəyini bildirib.
Açıqlamada qeyd edilib ki, Aleksey Antonyuk karyerası ərzində Stanislav Aqkatsev ("Krasnodar"ın və Rusiya millisini qapıçısı) və Matfey Safonov (hazırda PSJ-də oynayır) kimi futbolçular yetişdirib.
Antonyuk 2023-cü ildə Rusiya millisində də qapıçılarla iş üzrə məşqçi işləyib.
Xatırladaq ki, "Sabah"ın baş məşqçisi Vasili Berezutski daha əvvəl Rusiyadan Dmitri Smirnov və Aleksandr Naqornını da özünə köməkçi götürüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью