Aleksey Baqa Sumqayıt la bağlı iddialara aydınlıq gətirib

13.05.2025

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Aleksey Baqa "Sumqayıt"ın sükanı arxasına keçəcəyi ilə bağlı iddialara aydınlıq gətirib.

İdman.biz xəbər verir ki, belaruslu mütəxəssis bununla bağlı Sportlife.az-a açıqlama verib.

O, klubdan heç kimlə danışığının olmadığını bildirib.

Baqanın "Təklif olsa, "Sumqayıt"a gələrsinizmi" sualımıza cavabı isə belə olub: "Bu haqda çox düşünmək lazımdır".

Qeyd edək ki, Aleksey Baqa daha əvvəl də "Sumqayıt"a başçılıq edib. O, 2021-ci ilin dekabrından 2022-ci ilin sentyabrınadək komandanın sükanı arxasında olub və uğursuz nəticələrə görə istefaya göndərilib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью