Aleksey İsayev Qarabağ dan ayrıldı Yeni klubu bəllidir

11.09.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Qarabağ"da daha bir ayrılıq baş verib.

Oxu.Az Apasport.az-a istinadən xəbər verir ki, klub Aleksey İsayevlə yollarını ayırıb.

Futbolçu karyerasını elə Azərbaycanda davam etdirəcək.

O, sabiq komandası "Sabah"a transfer olunub. Keçidin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, İsayev 2024-cü ilin sentyabrından "Qarabağ"da çıxış edir. O, 2020-24-cü illərdə "Sabah"ın şərəfini qoruyub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью