Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
“Qarabağ”ın futbolçusu Aleksey Kaşuk Ukrayna millisində debüt edib.
Moderator.az xəbər verir ki, o, Millətlər Liqasının B Liqasının 2-ci qrupunda Şimali İrlandiya ilə 5-ci tur matçında meydana çıxıb. Start heyətdə oyuna başlayan vinger 90+1-ci dəqiqədə əvəzlənib.
Matç ukraynalıların məğlubiyyəti ilə başa çatıb – 0:1.
Ukrayna millisi hazırda 4 xalla qrupda üçüncü pillədə qərarlaşıb.