Icma.az, sport24.az portalına istinadən məlumat verir.
Karyerasında ilk dəfə Ukrayna millisinə dəvət alan "Qarabağ"ın vingeri Aleksey Kaşuk yığmanın hazırkı təlim-məşq toplanışında Andrey Yarmolenko ("Dinamo", Kiyev) və Viktor Tsiqankovun ("Ayaks") iştirak etməməsindən məyus olduğunu bildirib. Sport24.az xəbər verir ki, o, bu barədə qonaq olduğu "Vzbirna" "YouTube" kanalında danışıb:
"Yarmolenko və Tsiqankovu bəyənirəm. Onların milli komandada olmamasına görə bir az məyusam. Çünki onlar mənim üçün həm millidə, həm də oynadığım mövqe baxımından bir nümunədirlər. Hər ikisi gələcəkdə olmaq istədiyim futbolçu tipi üçün bir meyardırlar.
Onlara hələ şəxsən danışmamışam. Hər iki futbolçunu məşqlərdə və oyunlarda görməyi çox səbirsizliklə gözləyirdim. Vəziyyətin belə alınması təəssüf doğurur. Bu iki oyunçu mənim olmaq istədiyim futbolçu tipi üçün əsas istinad nöqtələrimdir".
Qeyd edək ki, 26 yaşlı futbolçu bu mövsüm "Qarabağ"ın heyətində meydana çıxıdğı 18 oyunda 5 qol vurub və 1 məhsuldar ötürmə edib.