Icma.az, Apa.az saytına istinadən bildirir. Ermənistanın Aİ ilə inteqrasiya perspektivləri barədə müstəqil qərar qəbul etmək hüququ var, lak
APA xəbər verir ki, bu barədə TASS-a Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
"Əgər belə davam edərsə, qərar qəbul etməli olacağıq. Ermənistana münasibətdə iqtisadi siyasətimizi yenidən qiymətləndirməliyik.
Ermənistanın harada olacağına qərar vermək hüququ var. Ancaq onlar da başa düşürlər ki, o zaman onlar üçün tarif rejimi fərqli olacaq, onda
O vurğulayıb ki, bu, kifayət qədər ağrılıdır. Belə ki, Ermənistanda, xüsusilə kənd təsərrüfatı sektorunda istehsalçılara zərbə vura bilər: "
Ətrafdakı bütün ölkələrdə üzüm, ərik və ya digər meyvə və tərəvəz ilə bağlı heç bir problem yoxdur, bunların hamısı var.
Görünür, bu amilləri də qiymətləndirməli olacaqlar və qiymətləndirəcəklər".
Rusiya Federasiyası Baş nazirinin müavini onu da qeyd edib ki, Ermənistan Aİ-yə qoşulsa, hazırda Aİ və Rusiya səmasının bir-birinə bağlı olması hava nəqliyyatı sahəsində və transsərhəd yük daşımalarında problemlər yarada bilər.