Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Rusiya qazı Ermənistan üçün digər ölkələrdən alınan qazdan xeyli ucuzdur”
“Rusiya qazından imtina etmək Ermənistan üçün Almaniya və ya digər Avropa ölkələri üçün olduğundan daha ağrılı olardı”. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibinin müavini Aleksey Şevtsov deyib.
O, Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın ölkənin "mümkün olan hər yerdən" qaz alacağı barədə açıqlamasını şərh edərkən qeyd edib: "Şübhəsiz ki, Rusiya qazından imtina etmək Ermənistan üçün Almaniya və ya digər Avropa ölkələri üçün olduğundan daha ağrılı olardı".
Rusiya Təhlükəsizlik Şurası rəsmisi bildirib ki, “Rusiya qazı Ermənistan üçün digər ölkələrdən alınan qazdan xeyli ucuzdur”.