Aleksis Sançes Messiyə rəqib olacaq

11.08.2026

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çilili vinger Aleksis Sançes MLS təmsilçisi "Monreal" ilə müqavilə imzalayıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic" yayıb.

Məlumata görə, tərəflər arasında 2 illik müqavilə bağlanıb.

37 yaşlı futbolçu yeni komandasına azad agent kimi keçib.

Qeyd edək ki, Sançes ötən mövsüm "Sevilya"nın heyətində 30 matça çıxaraq, 4 qol vurub və 2 məhsuldar ötürməyə imza atıb. O, karyerası ərzində  "Barselona", "Arsenal", "Mançester Yunayted", "İnter", "Olimpik Marsel" komandalarının şərəfini qoruyub.

Əlisahib İbrahimli

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью