Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan sosial şəbəkələrdə işğal dövründə Ağdamda çəkdirdiyi fotonu paylaşıb.
"Cebheinfo.az" - ın məlumatına görə, o, bundan çox peşman olduğunu yazıb və həmin siyasətin Ermənistanın məhvinə xidmət etdiyini qeyd edib.
“Vaxtilə (işğal dövründə) Ağdamda şəkil çəkdirməyim səhv idi. O zaman şəkil çəkdirdim, çünki sizin məntiqinizlə fikirləşirdim. Mənə də təlqin edilmişdi ki, sən bununla (Ermənistanın indiki əraziləri ilə) kifayətlənməməlisən, Araz çayının o tayında oturub arzular qurmalısan ki, Azərbaycan zəifləsin, bir gün hücum edək, ya da Türkiyə zəifləsin, bir gün hücum edək.
Amma bu, bir xalqın parçalanması və məhvi üçün ən qısa yoldur. Bəli, mən səhv etmişəm. Bu arzunu ən kiçik formasında belə boğmaq lazımdır. Çünki sən bunu boğmasan, Ermənistanı itirirsən. Əgər bunu boğmasan, Ermənistan ya parçalanacaq, ya da ümumiyyətlə, olmayacaq, Rusiyanın bir hissəsinə çevriləcək".
Müşfiq Abdulla
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin