Alen Simonyan: “Katolikos parlament seçkilərinə qədər postunu tərk etməlidir”

02.11.2025

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

“Katolikos 2026-cı il parlament seçkilərinə qədər postunu tərk etməlidir”.
Bizim Media xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərlə söhbətində belə deyib.
“Xeyr, seçkilərə qədər. Bu məsələni siyasiləşdirmək olmaz”, – deyə o, “Vətəndaş müqaviləsi” partiyasının bu addımı seçkilərdə təsdiqlədikdən sonra baş verə biləcəyi barədə suala cavabında bildirib.
Simonyanın fikrincə, bütün ermənilərin katolikosu II Qaregin hələ imkanı varkən istefa verməlidir:
“O, anlamalıdır ki, vəziyyəti elə həddə çatdırmamalıdır ki, artıq alternativi qalmasın. Hələ alternativi olduğu müddətdə bu qərarı özü verməlidir.”
Bizim Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью