Alen Simonyan: Matviyenkonun İrəvana səfəri 5 6 iyunda planlaşdırılır

04.03.2025

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun İrəvana səfəri 5-6 iyunda gözlənilir.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

"Mən həmkarım Valentina Matviyenkonun Ermənistana səfərini gözləyirəm. Səfər 5-6 iyunda gözlənilir. Biz bu tarixi ilkin olaraq razılaşdırmışıq", - deyə Simonyan qeyd edib.

Onun sözlərinə görə, Rusiya tərəfinin əvvəl təklif etdiyi tarix qəbul edilməyib, çünki 15-16 iyunda onun Qazaxıstana səfəri planlaşdırılır.

"İlkin olaraq bu tarix təklif edilmişdi, amma mən ölkədə olmayanda onun səfəri necə baş tuta bilər. Ona görə də onun səfərini 5-6 iyunda gözləyirik", - deyə o qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью