Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xəbər verildiyi kimi, Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan və model Aneliya Qubryanın toy mərasimi dünən baş tutub.
Alen Simonyan toyu münasibətilə təbriklərə görə minnətdarlığını bildirib və "pis danışanlara" cavab verməyi unutmayıb.
“Cebheinfo.az” xəbər verir ki, o, toydan sonra sosial çəbəkə hesabındakı paylaşımında "Əziz həmvətənlərim, dostlarım, xoş sözlərinizə, məktublarınıza və təbriklərinizə görə, yanımda olduğunuz və sevincimizi bizimlə bölüşdüyünüz üçün təşəkkür edirəm.
Bütün tənqidçilərə, pis niyyətlilərə və başqalarının həyatında yaşayan pis və paxıl insanlara öz sevgilərini tapmağı və xoşbəxt olmağı arzulayıram. Mən xoşbəxtliyimi tapdım, onlara, zamana, problemlərə baxmayaraq və sevgilimlə bir çox çətinliklərdən keçdim...
Bu həyatdır, hər şey olur. Heç kim özünü böyük hesab edib müqəddəs bir yerə qoymasın. Mən sevirəm, sevilirəm, həyat yoldaşım Anelyaya və hamınıza da eyni şeyi arzulayıram”,- deyə yazıb.
Məlumat üşçün bildirək ki, dünənki toy mərasiminə Baş nazir Nikol Paşinyan və digər yüksək vəzifəli şəxslər də dəvət olunublar.
Xatırladaq ki, bu, Simonyanın ikinci evliliyidir.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin