Azertag saytına istinadən Icma.az xəbər verir.
Biz bu prosesdə ilk dəfə iştirak edirik. Hesab edirik ki, hər iki ölkənin bir-birinə doğru atdığı bu addım son dərəcə böyük və əhəmiyyətli bir mərhələdir. Alman İqtisadiyyatının Şərq Komitəsi belə tədbirləri qətiyyətlə alqışlayır. Biz, həmçinin Almaniya siyasəti və Almaniya Hökumətinin bu məqsədlə belə genişmiqyaslı bir platforma yaratmasında və xarici işlər nazirinin də burada iştirakından məmnunuq. Bu, Almaniyanın dəstəyinin gələcəkdə də davam edəcəyinə dair çox müsbət siqnaldır.
Bu fikri AZƏRTAC-a müsahibəsində Berlində “Cənubi Qafqazda dönüş nöqtəsi: Azərbaycan və Ermənistan arasında tarixi sülh” mövzusunda keçirilən konfransda iştirak edən Alman İqtisadiyyatının Şərq Komitəsinin Şərqi Avropa üzrə regional direktoru Alena Akuliç deyib.