Icma.az bildirir, Oxu.az portalına istinadən.
İtaliya millisinin və "Yuventus"un sabiq hücumçusu Alessandro Del Pyero UEFA tərəfindən məşqçilərə verilən ən yüksək - PRO lisenziyasını əldə edib.
Oxu.Az xəbər verir ki, 50 yaşlı keçmiş futbolçu bu barədə sosial şəbəkələrdə məlumat paylaşıb.
Lisenziya ona top-klublara rəhbərlik etmək hüququ verir.
Qeyd edək ki, 2014-cü ildə karyerasını bitirən Alessandro Del Pyero "Yuventus"un heyətində altıqat İtaliya çempionu və Çempionlar Liqasının qalibi olub.