Alexander Stubb: “Biz NATO nun şimal şərq hissəsini gücləndirməyə çalışırıq” KONKRET

23.01.2025

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Finlandiya prezidenti Alexander Stubb bildirib ki, ölkəsi və qonşu İsveç NATO-ya üzv olmaq üçün indi müraciət etsəydi müsbət cavab ala bilməyəcəkdilər.

KONKRET.az xəbər verir ki, o bunu “Financial Times” qəzetinə müsahibəsində deyib: “Bu, hazırkı dönəmdə təxribat kimi qəbul edilərdi. Lakin hər şey tez baş verdi və insanlar başa düşdülər ki, biz  həm də təhlükəsizliyin təminatçısıyıq. Biz alyansın şimal-şərq hissəsini gücləndirməyə çalışırıq, ona görə də müdafiə ilə məşğul olan böyük dövlətlərə qoşulmalıyıq”. Finlandiya 2023-cü il aprelin 4-də rəsmi olaraq NATO-ya üzv olub. İsveç isə 2024-cü il martın 7-də alyansa qoşulub.

Vəli Həsənoğlu,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью