Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyəli müğənni Aleyna Tilki sosial media paylaşımı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, İstanbulda keçirəcəyi konsertə hazırlaşan və hazırda düşərgədə olan sənətçi ona yoldaşlıq edəcək yeni dost axtardığını bildirib.
Aleyna Tilki paylaşımında axtardığı şəxsin hansı xüsusiyyətlərə sahib olmasını da qeyd edib. O, dostunun yumor hissinin güclü olmasını, təbiəti və yürüşləri sevməsini istəyir.
Müğənni həmçinin həmin şəxsin çox ağıllı, "qaranlıq tərəfi ilə barışmış" və "azadlığı sevən" biri olmasının vacib olduğunu vurğulayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)