“Alfa” AZAL təyyarəsinə görə neçə milyon ödəyib? KONKRET | Icma.az
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, Rusiya Xarici İşlər Nazirliyi 2025-ci ilin fevral ayından “AlfaStraxovanie” ASC sığorta şirkətinin Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması (Bakı-Qroznı reysi) ilə bağlı sığorta ödənişlərini həyata keçirdiyi ilə bağlı məlumat yayıb.
KONKRET.az xəbər verir ki, nazirlik Azərbaycan aviaşirkətinə təyyarə üçün tam sığorta dəyəri – 1,003 milyard rubl məbləğində sığorta kompensasiyası ödənildiyini bildirib.
Azərbaycan valyutası ilə bu məbləğ təxminən 21 milyon manata bərabərdir.
Zəruri olaraq qeyd edək ki, bu məbləğ təzminat deyil, sığorta öhdəliyidir. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu