AlfaN Company məhkəmə qarşısında

12.12.2024

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Alfa-N Company" şirkəti inzibati məsuliyyətə cəlb edilib. 

Avtosfer.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 491.1-ci (Gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsi) maddəsi ilə inzibati protokol tərtib edilib. 

İş Nərimanov Rayon Məhkəməsinə göndərilib. 

491.1-ci maddəyə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir.

(valyuta.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью