Alfonso Devis DÇ 2026 nın 1000 ci futbolçusu oldu

29.06.2026

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Futbol üzrə Kanada millisinin müdafiəçisi Alfonso Devis DÇ-2026-da xüsusi göstəriciyə imza atıb.

İdman.Biz xəbər verir ki, o, 1/16 final mərhələsində CAR-a qarşı keçirilən oyunda mundialda debüt edib.

Kanadanın 1:0 hesabı ilə qalib gəldiyi görüşdə meydana çıxan Devis DÇ-2026-da iştirak edən 1000-ci futbolçu olub.

Qeyd edək ki, müdafiəçi zədədən tam bərpa olunmaq üçün qrup mərhələsini buraxıb.

Kanada millisi 1/8 finalda Niderland - Mərakeş cütünün qalibi ilə qarşılaşacaq.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью