Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin Bolu şəhərinin Mudurnu Ordular kəndində yaşayan 93 yaşlı Ali Meşe, uzun müddət xəstəlik səbəbindən müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Sherg.az xəbər verir ki, Ali Meşe, 2018-ci ildə evində baş verən yanğın zamanı evinin önündə pişiyinə sarılıb göz yaşlarını tökdüyü foto ilə Türkiyədə geniş tanınmışdı. Yanğından sonra dövlət və xeyriyyəçilərin dəstəyi ilə ona yeni ev tikilmişdi.
Cənazəsi Ordular kəndində ikindi namazından sonra dəfn olunacaq.