Ali futbol qurumu agentə görə Super Liqa klubunu cəzalandırdı

29.10.2025

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

FİFA Türkiyənin "Antalyaspor" klubunu cəzalandırıb. Sport24.az az xəbər verir ki, buna səbəb klubun sabiq futbolçusu Samuel Etonun menecerinə çatmalı olan vəsaiti ödəməməsidir.

Nəticədə "Antalyaspor" transfer cəzası alıb. Superliqa təmsilçisi qarşıdakı 3 "transfer pəncərəsi"ndə heyətini gücləndirə bilməyəcək.

Qeyd edək ki, Samuel Etoo 2015-2018-ci illərdə "Antalyaspor"da oynayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью