Ali Koç Fənərbaxça nın əsas hədəfini açıqladı: BANKLAR BİRLİYİ...

19.06.2025

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

"Transfer çalışmaları davam edir. Yaxında biz də danışmağa başlayacağıq".

Apasport.az xəbər verir ki, bu sözləri "Fənərbaxça" klubunun prezidenti Ali Koç deyib.

O, Adidasla imzalanan sponsorluq müqaviləsinə həsr olunan mətbuat konfransında çıxış edib. Koç klubdaxili məsələlərə toxunub:
"Həftələrdir seçim üçün imza işləri gündəmi məşğul edib. İmza demokratik bir haqdır, amma gələcəkdə yarada biləcəyi problemlər səbəbindən bunun uyğun olmadığını bildirdik. Klubun gələcəyi üçün çox önəmli məsələlərə fokuslanmışıq. Çox sayda insan danışmağımızı istəyir. Danışacağıq, bizim də zamanımız gələcək. Nə üçün imzalar kluba gətirilməyib?

Transferləri, planlarımızı, hər şeyi danışacağımız zaman gələcək. Hazırda forma üçün sponsorla imza tədbirindəyik. Forma satdıran iki şey var - ulduz transferlər və meydandakı nəticə".

Klub prezidenti "Fənərbaxça"nın bu mövsümkü əsas hədəfini açıqlayıb:
"Əvvəllər Adidas formalar göndərirdi və idarə heyəti olaraq seçim edirdik. İndi 120-ci il formaları dizayn edirik. Həmin məsələ ilə birbaşa olaraq, rəhbərlik məşğul olur. Bu ilki ən böyük hədəfimiz Banklar Birliyindəki 50 faizin büdcəmizə daxil olmasıdır. Ötən mövsüm formalarımızın üzərində boş yer yox idi, indi də eynisi olacaq".

Osimhen, Çalhanoğlu transferləri: "Qalatasaray"dan açıqlamalar "Fənərbaxça"da xaos bitmir: Futbol direktoruna "Beşiktaş"lı köməkçi “Arsenal” onu da göndərir "Fənərbaxça" "Real"la rəsmi danışıqlara başlayıb Arda Turan getdi, dostu da "Eyüpspor"da qalmadı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью