Ali Koçla münaqişə edən Fənərbaxça əfsanəsi vəfat edib

02.02.2025

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Fənərbaxça" camiəsində ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, komandanın əfsanəvi futbolçusu Ogün Altıbarmaq vəfat edib.

Sabiq oyunçu 86 yaşında dünyasını dəyişib.

O, karyerası ərzində "Karşıyaka", "Fənərbaxça", "Vaşinqton Uips" və Türkiyə millisinin şərəfini qoruyub.

Altıbarmaq 1986-88-ci illərdə "sarı-lacivərdlilər"in icraçı direktoru vəzifəsində də çalışıb.

Mərhum ötən aylarda "Fənərbaxça" prezidenti Ali Koçla mübahisə etmişdi. O, klub rəhbərinə "yeznəniz "Qalatasaray"da deyil? Bəzi şeyləri ondan soruşun", - deyə müraciət edib. Koç isə ona "Fənərbaxça" sən və sənin kimilər üzündən dibə çəkilir. Rəbbim klubu sizin kimilərdən qorusun", - deyə cavab verib.

Asensio İngiltərə yolunda “Qalatasaray” Morata transferini açıqladı - RƏSMİ Nikola Zalevski “İnter”də - RƏSMİ “Liverpul”un futbolçusu La Liqada - rəsmi “Yuventus”un üzvü “Jirona”da - rəsmi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью