Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq. Bu gün Naxçıvan Muxtar Respublikası Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında
Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dö
Bu proqramın əsas məqsədi muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi, infrastrukturun müasirləşdirilməsi, əhalinin rifahının artırı
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Üzeyir Məmmədov söyləyib.
Onun sözlərinə görə, müasir idarəetmə modelinin tətbiqi ilə idarəetmənin təkmilləşdirilməsi, ətraf mühitin qorunmasına yönəlmiş layihələr və yaşıl enerji zonası statusunun qazanılması, muxtar respublikanın gələcək inkişafını təmin edən əsas amillərdəndir.
Bu sahədə görülən işlər təkcə ölkədaxili deyil, beynəlxalq səviyyədə də diqqət çəkir.
Deputat qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncamı, muxtar respublikanın tarixi inkişaf yolunu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı rolunu vurğulayan əhəmiyyətli bir sənəddir.
“Yubiley çərçivəsində həyata keçirilən müxtəlif layihələr və tədbirlər, Naxçıvanın zəngin mədəni irsini və müasir nailiyyətlərini dünyaya tanıtdı.