Ali Məclisin Humanitar siyasət komitəsinin iclası keçirilib

30.01.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naxçıvan, 30 yanvar, AZƏRTAC

Yanvarın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Humanitar siyasət komitəsinin iclası keçirilib.

Ali Məclisdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, komitə sədri Ülkər Bayramova 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatla çıxış edib. Eyni zamanda, yaz sessiyasında görüləcək işlər müzakirə olunub, Ali Məclisin qanunvericilik işləri planına dair təkliflər irəli sürülüb.

Sonda məsələ ilə əlaqədar komitə üzvlərinin çıxışları dinlənilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью