Ali Məclisinin deputatı: 2024cü il Naxçıvan üçün siyasi və iqtisadi uğurlarla yadda qalmaq…
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Naxçıvan, 9 dekabr, AZƏRTAC Bu gün Naxçıvan Muxtar Respublikası Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında önəmli yer tutur.
Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən ardıcıl tədbirlər Naxçıvanın davamlı inkişafını təmin edir.
Bu proqramın əsas məqsədi muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi, infrastrukturun müasirləşdirilməsi, əhalinin rifahının artırılması və məşğulluğun yüksəldilməsidir.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Üzeyir Məmmədov söyləyib.Onun sözlərinə görə, müasir idarəetmə modelinin tətbiqi ilə idarəetmənin təkmilləşdirilməsi, ətraf mühitin qorunmasına yönəlmiş layihələr və yaşıl enerji zonası statusunun qazanılması, muxtar respublikanın gələcək inkişafını təmin edən əsas amillərdəndir.
Bu sahədə görülən işlər təkcə ölkədaxili deyil, beynəlxalq səviyyədə də diqqət çəkir.Deputat qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncamı, muxtar respublikanın tarixi inkişaf yolunu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı rolunu vurğulayan əhəmiyyətli bir sənəddir.
“Yubiley çərçivəsində həyata keçirilən müxtəlif layihələr və tədbirlər, Naxçıvanın zəngin mədəni irsini və müasir nailiyyətlərini dünyaya tanıtdı.
Eyni zamanda hazırda Naxçıvanda iqtisadiyyatın diversifikasiyası məqsədilə mühüm layihələr reallaşdırılmaqdadır.
Tam oxu
Xəbəri oxu