Ali Məhkəmə ədalətsiz hökmü qüvvədə saxladı

05.05.2026

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Ali Məhkəmədə hakim Şahin Mustafayevin sədrliyi ilə “Dunyanseni.az” xəbər saytının rəhbəri Ərşad İbrahimlinin kassasiya şikayətinə baxılıb.

Gununsesi.info-nun xəbərinə görə, vəkil Elçin Sadıqovun yazdığı kassasiya şikayətində aşağı instansiya məhkəmələrinin hökmlərinin qanunsuzluğunda bəhs olunub.

Qeyd edək ki, 2023-cü ildə həs edilən jurnalist 2021-ci ildə ayrı-ayrı şəxslərdən pul almaqda ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə cinayət işi açılıb və 8 il azadlıqdan məhrum edilib.

Ərşad İbrahimlinin adı yerli və beynəlxalq jurnalist təşkilatlarının hesabatında Azərbaycanda həbs olunan jurnalistlərdən biri kimi keçir.

Elmar

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью