Ali Məhkəmə əhalinin kommunal borclarına dair qərar qəbul | Icma.az
Icma.az bildirir, Azvision portalına istinadən. Bu barədə AzVision.az -a Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, aktların heç biri iddiaçı tərəfindən imzalanmayıb, iddiaçı adının qarşısında yerləşən “imza” qrafasında “mənzildən çıxan olmadı” sözü qeyd edilib.
Vətəndaş məhkəməyə müraciət edərək, qurumun əməkdaşları tərəfindən tərtib olunmuş aktların etibarsız sayılması və həmin aktlar əsasında öncəki illər ərzində hesablanmış borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş edib.
İddia tələbi onunla əsaslandırılıb ki, cavabdehin əməkdaşları onun evini elektrik enerjisi ilə təchiz edən elektrik xəttini kəsib, iştirakı olmadan akt tərtib ediblər.
Həmin aktda göstərilir ki, vətəndaş guya o, sayğacın qapaq möhürünü açaraq sayğacı sxemdən kənarlaşdırıb.
İddiaçı cavabdehin tərtib etdiyi aktla razılaşmayaraq, qeyd etmişdir ki, küçədə yerləşən sayğaca hər hansı müdaxilə etməyib.
Cavabdeh qurum isə qaldırılan iddiaya etiraz edərək bildirib ki, iddiaçı göstərilən illər ərzində borcdan xəbərdar olsa da, təkcə 2023-cü ildə həmin borcla bağlı məhkəməyə müraciət edib.
İddiaçı tərəfindən iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürüldükdən sonra məhkəməyə verilib.
Tam oxu
Xəbəri oxu