Icma.az, Milli.az saytına istinadən bildirir. Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar
Milli.Az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.
Bildirilib ki, işin hallarına görə, məhkum İmişli Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur.
Hökmlə zərərçəkmiş şəxslərin mülki iddiaları təmin edilərək 5400 manat pulun və 17200 manat pulun məhkum edilmiş şəxsdən alınıb zərərçəkmiş şəxslərə ödənilməsi qərara alınıb.
Sonra məhkum ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək hökmə əsasən təmin edilmiş mülki iddianın bir dəfəyə ödənilməsi üçün maddi imkanının olmadığını, bu səbəbdən ödənilməli pul məbləğlərinin hissə-hissə icra olunması barədə qərar qəbul edilməsini xahiş edib.
İmişli Rayon Məhkəməsinin qərarı ilə məhkumun ərizəsi təmin edilməmiş və məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cinayət-prosessual qanunvericlikdə mülki iddianın hissə-hissə icra edilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır və bu səbəbdən məhkumun müraciətinə baxılması mümkün deyil.
Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı ilə məhkumun apellyasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılıb.
Daha sonra məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.