Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 24 aprel, AZƏRTAC Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar verib.
Bu barədə AZƏRTAC-a Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, işin hallarına görə, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan oğlunu cinayətkar fəaliyyətə cəlb edib, tamah niyyətilə özgənin əmlakını gizli olaraq qəsdən talama məqsədilə rayon ərazisində vətəndaşın istifadədə olmayan balıqartırma gölünün ərazisindən açıq sahədən bir neçə dəfəyə 2600 manat dəyərində elektrik naqilini, 1560 manat dəyərində işıq dirəyini, 300 manat dəyərində ikilaylı 1 ədəd dəmir qapını, 210 manat dəyərində 7 ədəd işıq lampasını və 300 manat dəyərində 15 ədəd su axınını tənzimləyən dəmir qapağı gizli olaraq talayıb zərər çəkmiş şəxsə ümumilikdə 4970 manat məbləğində maddi ziyan vurublar.
Birinci instansiya məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs CM-in 170.1 (On səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə hədə-qorxu vasitəsilə cinayətkar fəaliyyətə cəlb etmə) və 177.2.1-ci (Oğurluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Həmin hökmlə həmçinin digər təqsirləndirilən şəxs olan övladı CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
Hökmdən verilmiş apellyasiya protestinə və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilərək hökm apellyasiya protestinə münasibətdə, məhkum edilmiş şəxsin cəzaçəkmə müddətinin başlanğıcının hesablanması ilə bağlı hissədə və hökmün nəticə hissəsində qeyd edilən məhkum edilmiş şəxsin ad, soyad və ata adı ilə bağlı hissədə dəyişdirilib, qalan hissələrdə isə dəyişdirilmədən saxlanılıb.
Daha sonra iş üzrə Ali Məhkəməyə kassasiya proteti ilə şikayət verilib.