Ali Məhkəmə Venesuelanın idarəçiliyini vitse prezidentə həvalə edib

04.01.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Venesuelanın Ali Məhkəməsi ölkənin idarə olunmasını müvəqqəti olaraq vitse-prezident Delsi Rodriqezə həvalə edib.

AZƏRTAC xəbər verir ki, qərara görə, vitse-prezident idarəetmənin davamlılığı və ölkənin müdafiəsi üçün bütün səlahiyyətlərə malikdir. Lakin qərarda prezident Nikolas Maduronun ümumiyyətlə hakimiyyətdən getməsi barədə fikir yer almır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью