Ali Məhkəmədə sədrlər arasında görüş keçirilib

25.06.2025

Azvision saytına istinadən Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərovun sədrliyi ilə aparılan iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində görülmüş işlər, Ali Məhkəmə ilə apellyasiya instansiyası məhkəmələri arasında əlaqələr, mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub.

Apellyasiya instansiyası məhkəmələrinə kassasiya instansiyasının qərarlarında əksini tapan hüquqi mövqelərə riayət edilməsi və bu mövqelərin vahid hüquqi yanaşmalarla tətbiq olunması barədə tövsiyələr verilib.
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью