Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq. Alimentin miqdarı, uşaqla ünsiyyət...
Boşanmaların artması günümüzdə əsas müzakirə olunan mövzulardan biridir.
Bəzi valideynlər boşanma zamanı sadəcə, həyat yoldaşlarından deyil, doğma övladlarından da “ayrılır” - bütün öhdəliklərini, məsuliyyətlərini unudurlar.
Bu zaman tərəflər arasında ziddiyyətlər, çəkişmələr, qarşılıqlı ittihamlar başlayır.
Boşanma faktı ilə üz-üzə qalan ailələrdə aliment problemləri yaşanır.
Bir çox hallarda aliment ödəməli olan tərəf cürbəcür bəhanələrlə ödənişi həyata keçirmək istəmir.
Bunun üçün obyektiv və subyektiv səbəblər tapırlar. Bu məsələdə ziyan çəkən tərəf isə uşaqlar olur.
Boşanan valideynlər və alimentlə bağlı mühüm qərar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarı ilə ailə münasibətləri ilə bağlı bəzi qərarlarına əlavə və dəyişikliklər edilib.