Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ötən il ərzində Cinayət kollegiyasının icraatında olmuş 3556 işdən 75,3 faizinə mahiyyəti üzrə baxılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ali Məhkəmə Plenumunun 2025-ci ilin yekunlarına həsr olunmuş iclasında deyilib.
Bildirilib ki, baxılmış 2677 işdən 82,3 faizində iş üzrə qərar dəyişdirilmədən saxlanılıb, 5 faiz iş üzrə qərar ləğv edilib, 12,7% iş üzrə qərar isə dəyişdirilib.