Ali Məhkəmənin hakimi təqaüdə göndərildi

06.12.2024

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

2024-cü il dekabrın 6-da Azərbaycan Respublikası  Ali Məhkəməsinin İnzibati kollegiyasının hakimi İlqar Hüseynovun təqaüdə yola salınması münasibətilə tədbir keçirilib.

Gununsesi.info  xəbər verir ki, tədbirdə çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov İlqar Hüseynov uzun illər məhkəmə sistemində çalışdığını, 2013-cü ildən isə Ali Məhkəmədə hakim kimi səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Onun bundan sonrakı fəaliyyətində də öz zəngin təcrübəsi ilə Ali Məhkəmənin və bütövlükdə hüquq ictimaiyyətinin inkişafına dəstək göstərəcəyinə ümidvar olduğunu vurğulayıb.

İlqar Hüseynov da öz növbəsində Ali Məhkəmədə işlədiyi dövrlə bağlı xoş təəssüratlarını bölüşərək, ona göstərilən diqqət və qayğıya  görə təşəkkür edib.

Sonda İlqar Hüseynova Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью