Ali Məhkəmənin hakimi təqaüdə yola salınıb AZƏRTAC

06.12.2024

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 6 dekabr, AZƏRTAC

Dekabrın 6-da Ali Məhkəmənin İnzibati kollegiyasının hakimi İlqar Hüseynovun təqaüdə yola salınması münasibətilə tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov İlqar Hüseynovun uzun illər məhkəmə sistemində çalışdığını, 2013-cü ildən isə Ali Məhkəmədə hakim kimi səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Tədbirin yekununda İlqar Hüseynova Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью