Ali Məhkəmənin Plenumunda bir sıra qərarlar qəbul olunub

31.10.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 31 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Ali Məhkəmədən AZƏRTAC-a bildirilib ki, iclasda “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi müzakirə olunub və səsverməyə qoyularaq qəbul edilib.

Daha sonra “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb və qəbul olunub.

İclasda, həmçinin 2025-ci ildə və 2026-cı ilin birinci yarısında Sumqayıt İnzibati Məhkəməsində qanunvericiliyin tətbiqi üzrə məhkəmə təcrübəsinə və ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatlar dinlənilib.

Sonra “Vəkillərin İxtisas Komissiyasının hakim olan üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il 16 yanvar tarixli 4 nömrəli Qərarında dəyişiklik edilməsi məsələsinə baxılıb.

İclasda, həmçinin Ali Məhkəmənin Elmi-məsləhət şurasının tərkibinə dəyişiklik edilməsi məsələsi müzakirə olunub və müvafiq qərar qəbul edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью