Ali məktəb ixtisaslarının keçid balları AÇIQLANDI

23.04.2025

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 2-ci nömrəsini çap edib.
Modern.az xəbər verir ki, jurnalın bu nömrəsində 2024-cü ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları, qəbul imtahanlarında istifadə olunmuş bəzi test tapşırıqlarının izahı və tövsiyələr Azərbaycan və rus dillərində dərc edilib. 

Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytından və “Wolt” mobil tətbiqindən sifariş etmək mümkündür. //shorturl.at/B4g0M 
Qeyd edək ki, builki qəbul prosesində abituriyenlər ixtisas seçərkən məhz ötən il formalaşmış keçid ballarından istifadə edirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью