Ali məktəblərə keçid balları arta bilər VİDEO

11.05.2025

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu il ali məktəblərə keçid balları arta bilər.

AZXEBER.COM Xəzər TV-yə istinadən bildirir ki, təhsil eksperti Kamran Əsədov deyir ki, bu il ali məktəblərə qəbul olmaq istəyənlərin sayında kəskin artım müşahidə edirik. Ən çox abituiyent sayının artımı isə 2 və 3-cü ixtisas qrupundadır. 2-ci ixtisas qrupunda ötən il ilə müqayisədə  abituriyentlərin sayı 3 minə yaxın artıb. Əlbəttə bu rəqabət mühitini artıracaq",- deyə ekspert vurğulayıb. 

Ekspert onu da bildirib ki, bu il ali məktəblərə qəbul plan yeri ötən il ilə müqayisədə çoxdur. Bu heç də abituriyentlərdə arxayınlıq yaratmasın.

Daha ətraflı videomaterialı təqdim edirik. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью