Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI

03.09.2025

Tribuna saytına istinadən Icma.az xəbər verir.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, eləcə də mobil nömrələr (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 22237 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 246 nəfər (o cümlədən 126 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 15662 nəfər qəbul olub.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 98.66% dolub. Cəmi 212 yer (1.34%) boş qalıb.

Orta ixtisas təhsili müəssisələrinə 11 illik təhsil bazasında tələbə qəbulunun nəticələri:

  Qəbul
planı Qəbul olunub Qəbulolma faizi Vakant yerlərin

sayı (faizi)

Azərbaycan bölməsi Rus
bölməsi Bölmələr
üzrə cəmi Xüsusi qabiliyyət imtahanı tələb etməyən ixtisaslar 14928 14339 588 14927 99.99 1 (0.01) Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslar 931 683 37 720 77.34 211 (22.66) Cəmi 15874 15037 625 15662 98.66 212 (1.34)
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью