Ali məktəbləri bitirib ortada qalmaqdansa...

05.06.2026

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məlum mövzu ilə bağlı  dəfələrlə yazılar qələmə almışıq.Və yenə həmin mövzuya qayıtmaq istəyirik! Bu fikri həmişə demişik , yenə də deyirik; universitetləri bitirib , ortada qalmaqdansa , hər hansı sənəti seçib, işləmək , pul qazanmaq daha yaxşıdı. Təəssüf ki, hələ də bizim millət qəfilət yuxusundan oyanmayıb! Çünki ali məktəblərə  qəbul olmaq bizim əsas " xəstəliyimiz" dur. Bir faktı qeyd edək ki, müxtəlif ali məktəbləri bitirmiş gənclərin  80 faizi işsizdir.

Amma yaxşı bərbərə, yaxşı dərziyə, yaxşı maşın ustasına, yaxşı  idmançıya çox yerdə iş   var . Əfsuslar olsun ki, " prestij" xatirinə  yenə çoxları ali məktəblərə üz tutur, xüsusilə də hüquq fakültəsinə . Elə ki, həmin universitetləri bitirirlər, iş tapa bilmirlər. Bax onda düşünürlər ki, cavan ömürlərini fəda ediblər. Yəni el dilində demiş olsaq, " papağı günə yandırıblar". Bu yaxınlarda bir ali məktəb müəllimi ilə söhbət elədim.

O dedi ki, mənim indiki tələbələrə və valideynlərə yazığım gəlir. Çünki hər il ali məktəbləri on minlərlə gənc bitirir. Heç onların on faizi iß tapmır! Bax , bu, bizim faciəmizdir. Ona görə də bu barədə  valideynlər dərindən düşünməlidir . Ki, uşaqlarını oxudanda hər il bir ətək pul xərcləyirlər. O pullara heyfləri gelsin. Əgər bir şeyin bəhrəsini görməyəcəksənsə, o pulu xərcləməyə  dəyməz!!!

Emil FAİQOĞLU    

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью